Mnatsakanyan ailəsini Ermənistandan qaçırır - BMT-yə iş üçün müraciət etdi

DÜNYA
13:51 / 23.11.2020
1255

Ermənistanın sabiq xarici işlər naziri Zöhrab Mnatsakanyan ailəsini ölkədən çıxarmağa hazırlaşır.

Yenisabah.az xəbər verir ki, bu barədə “Mediaport Teleqram” kanalı məlumat yayıb.

Z.Mnatsakanyan BMT-nin baş katibi Antonio Quterrişə noyabrın 20-də işlə bağlı müraciət edib.

Bildirilib ki, o, ailəsinin təhlükəsizliyini təmin etmək məqsədi ilə Ermənistandan aparmaq qərarına gəlib.

Qeyd edək ki, Z.Mnatsakanyan 2014-2018-ci illərdə Ermənistanın BMT-də daimi nümayəndəsi olub. O, 2018-ci il mayın 12-dən 2020-ci il noyabrın 16-dək Ermənistanın xarici işlər naziri vəzifəsini tutub.

1