Ermənistan müdafiə nazirinin müavini Makar Qambaryan istefa verib.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, nazir müavini istefa ərizəsini yazıb və bu gün işə çıxmayıb.
M.Qambaryan 2018-ci ilin mayından müdafiə nazirinin müavini vəzifəsində işləyib.
Qeyd edək ki, bir neçə gün əvvəl müdafiə naziri David Tonoyan, ötən gün isə nazir müavini Qabriel Balayan istefa vermişdi.