“Ermənistan baş naziri Nikol Paşinyanın istefası ölkə vətəndaşlarının əksəriyyətinin tələbidir”.
Bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, “Vətən” partiyasının lideri Artur Vanetsyan bu barədə jurnalistlərə açıqlamasında bildirib. O bildirib ki, müxalifətin tələblərinin cəmiyyət tərəfindən dəstəklənmədiyini söyləmək ən azı alçaqlıqdır.
Vanetsyan hesab edir ki, Paşinyanın rəhbərlik etdiyi hökumət yalnız hakimiyyəti necə qoruyacağını düşünür.
“İnsanlar kədərlənir, ağrılar çəkir və buna görə siyasi proseslərdə iştirak etmək istəmədikləri aydındır. Yenidən təkrar edim ki, bu, sırf siyasi bir proses deyil, bu, vətəni qurtarmaq adına bir prosesdir”,- deyə Vanetsyan qeyd edib.
Bundan əvvəl Nikol Paşinyan “TASS” agentliyinə verdiyi müsahibəsində müxalifətin istefası ilə bağlı çağırışlarının Ermənistan cəmiyyətində geniş dəstək almadığını bildirmişdi.
Xatırladaq ki, Artur Vanetsyan ötən ilin sentyabrında Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsindən istefa vermişdi. Onun anidən istefa verməsi ölkədə yeni gərginliyin başlanğıcını qoymuşdu.
Qeyd olunurdu ki, A. Vanetsyan Paşinyan komandasının ən reytinqli məmurlarından biri olub. Onun son bir ildə korrupsiya ilə bağlı açıqlamaları və bu istiqamətdə gördüyü işlər strukturun imicini ictimaiyyətin gözündə ciddi şəkildə artırmışdı. Ölkədə belə nüfuzu olan adamın istefaya göndərilməsi sual olaraq qalmışdı.