Ermənistanda əsgər valideynləri növbəti dəfə etiraz aksiyası keçirir.
Yenisabah.az erməni mediasına istinadən xəbər verir ki, aksiya iştirakçıları Ermənistan Nazirlər Kabinetinin qarşısına toplaşıb. Bu dəfəki aksiya kütləviliyi ilə dünən keçirilən mitinqdən fərqlənir.
“Uşaqlarımızın geri qaytarılmasını tələb edirik”, - deyə aksiya iştirakçıları bildirir.
Onlar bildirir ki, artıq müharibə bitib, amma övladları hələ geri qayıtmayıb. Aksiya içtirakçıları övladlarının təcili Ermənitsana gətirilməsini tələb edirlər. “Onlara məzuniyyət verilməlidir. Onlar istirahət etməli və müalicə olunmalıdır” - əsgər valideynləri deyir.
Aksiya içtirakçıları həmçininLaçının taleyini necə olacağı barədə izahat tələb edirlər. “Qarabağa yeganə yol Laçından keçir”, - deyə onlar bildirir.
Bundan əvvəl Ermənistan Baş naziri Nikol Paşinyan noyabrın 30-na qədər gözləməyi xahiş etmişdi. Baş nazir yalnız bundan sonra bütün sualları cavablandırcağını demişdi.
Lakin Baş nazirin bu sözləri aksiya içtirakçılarını qane etməyib. Onlar nə baş verməsi barədə konkret açıqlama tələb edirlər.
Əsgər valideynləri tələbləri yerinə yetirilməyənə qədər aksiyaları davam etdirmək niyyətindədirlər.