"Dayandır dedik, Nikol “davam” əmr etdi" - Saakyan

DÜNYA
19:42 / 01.12.2020
2151

19 oktyabr, müharibənin ən qızğın günlərində Ermənistan tərəfi Azərbaycanın bütün şərtlərini qəbul etməyə hazır idi. Baş nazir Nikol Paşinyanın adına rəsmi məktub da yazılmışdı. Amma Nikol “davam” dedi və biz diz çökəsi olduq.

Axar.az xəbər verir ki, bu sözləri Bako Saakyan erməni xalqına müraciətində bildirib.

Onun sözlərinə görə, 19 oktyabr əməliyat şəraitini və itkiləri qiymətləndirən Ermənistanın hərbi komandanlığı müharibəni dayandırmaq təklifini Paşinyana ünvanlayıb.

“İsmarışı Paşinyana Araik Aratyunyan çatdırıb. O qeyd edib ki, bu, təkcə onun fikri deyil. Rəsmi məktubun altında Bako Saakyan, Arkadi Qukasyan, Robert Köçəryan, Serj Sərkisyan və Levon Ter-Petrosyanın imzaları da dururdu. Biz daha uyğun şərtlərlə, daha az itki ilə müharibəni dayandıra bilərdik. Amma rəsmi İrəvan “davam” dedi”, - deyə Saakyan qeyd edib.

Xatırladaq ki, sözügedən məsələ ilə bağlı Paşinyan geniş açıqlama vermişdi

0