Hadrutda ölmüş 19 erməni əsgərinin cəsədi ailələrinə təhvil verilib

DÜNYA
13:56 / 02.12.2020
1037

Ermənistan tərəfi itkin düşən və ölən hərçbilərin cəsədlərinin axtarışlarının davam etdiyini söyləyib. Bu günə qədər 655 erməni hərbçinin cəsədi aşkar olunaraq, ailələrinə təhvil verilib.

Modern.az xəbər verir ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ermənistandakı ofisinin mətbuat xidmətinin rəhbəri Zara Amatuni yaxın vaxtlarda axtarışların Füzuli, Zəngilan, Cəbrayıl və Hardutda aparılacağını söyləyib.

“Azərbaycan cəsədlərin axtarışı üçün icazə verib. Hazırda cəsədlərin axtarışı Hadrut istiqamətində aparılır. Burada 19 cəsəd tapılıb. Beynəlxalq Qırmızı Xaç Komitəsi və Azərbaycan tərəfi arasında danışıqlardan sonra yaxıən günlərdə Cəbrayıl, Füzuli və Zəngilan istiqamətində axtarışlar aparılacaq”.

0