Paşinyan yalan danışdı, mikrofonu söndü - VİDEO

DÜNYA
15:26 / 02.12.2020
1806

Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan əleyhinə danışmaq istəyəndə mikrofonu xarab olub.

Axar.az xəbər verir ki, olay KTMT-nin onlayn sammitində yaşanıb.

Paşinyan “Türkiyənin və muzdluların dəstəklədiyi Azərbaycanın erməni xalqına qarşı müharibə başlatması” barədə yalanlar uydurmaq istəyib. Amma İlahi ədalət imkan verməyib – mikrofonu işləmədiyi üçün Paşinyan çıxışını qısa etməyə məcbur olub.

Qeyd edək ki, bu “texniki problem” ilk deyil. Həmin İlahi işarə ikinci dəfədir edilir. Özü də eyni yerdə — Ermənistanın hökumət binasında. Paşinyan 7 oktyabrda Rusiyanın "Birinci kanal”ına müsahibəsində də yalan danışarkən Ermənistanın hökumət binasının işıqları sönmüşdü.

0