Putin KTMT ölkələrinə Qarabağla bağlı çağırış etdi

DÜNYA
15:39 / 02.12.2020
2726

"Dağlıq Qarabağ, Belarus və Qırğızıstandakı hadisələr Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) sahəsindəki vəziyyəti çətinləşdirdi".

"MediaPost" "TASS"a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin KTMT sammitindəki çıxışında bildirib.

"Vəziyyətin çətinləşməsi deyəndə, KTMT üzvü ölkənin iştirakı ilə Dağlıq Qarabağda baş verən hərbi əməliyyatları, Belarusda prezident seçkilərindən sonra baş verən etiraz aksiyalarını və Qırğızıstandakı daxili siyasi gərginliyi nəzərdə tuturam", - deyə dövlət başçısı qeyd edib.

Putin Dağlıq Qarabağdakı vəziyyəti həll etmək üçün Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanan razılaşmaların ardıcıl həyata keçirildiyini vurğulayıb. O, Moskvanın KTMT və MDB üzvü dövlətlərin Dağlıq Qarabağdakı humanitar problemlərin həllinə cəlb olunmasında maraqlı olduğunu bildirib.

2