Ermənistan partlayışla üz-üzə: Əhalinin səbri tükəndi

DÜNYA
20:02 / 03.12.2020
1128

Qarabağda müharibə bitər-bitməz Ermənistanda sosial problemlər daha da dərinləşməyə başlayıb. 

Erməni mediası xəbər verir ki, bir tərəfdən müharibənin, digər tərəfdən koronavirus infeksiyasının vurduğu ziyan Ermənistanda sosial partlayış təhlükəsi yaradıb. Artıq erməni ictimai-siyasi fəallar həyəcan təbili çalır.

Bu günlərdə mavi qazın qiymətində sıçrayış baş verməsi vəziyyəti daha da gəginləşdirib. Artıq yaxın vaxtlarda ölkədə sosial etirazların baş qaldıracağı deyilir.

Məlumat üçün deyək ki, qazın qiyməti 320 drama (1.07 AZN) qədər bahalaşıb.

“ARF Daşnaksütyun” partiyasının üzvü Artur Xaçatryanın sözlərinə qiymət artımı davam edəcək.

“Qazın qiyməti 320 dram oldu. Türkiyə portlarının və Azərbaycan bazarının açılışına qədər yeni qiymət artımı gözləyin”, - deyə o qeyd edib.

0
yenisabah.az