Hamı o qadından danışır: Dünyadan köçəndə qonşularına 6 milyon avro bağışladı

DÜNYA
20:19 / 05.12.2020
1720

Almaniyanın Hessen əyalətində maraqlı hadisə qeydə alınıb.

Yenisabah.az xəbər verir ki, "Waldsolms" icmasında yaşayan və ötən il həyatını itirən Rineyt Vedel adlı qadın icma sakinlərinə 6.2 milyon avro bağışlayıb. 

1975-ci ildən bəri "Waldsolms"da yaşayan qadının hazırladığı vəsiyyətnaməsində yer alan mirasın bir bank hesabı, səhmlər, qiymətli əşyalar, ev və mülkdən ibarət olduğu müəyyənləşib. 

Məsələ ilə bağlı televiziyada açıqlama verən bələdiyyə sədri Bernd Hayni ilk başda bağışlanan məbləğə inanmadığını bildirib:

"Əvvəlcə rəqəmdən bir vergülün çatışmadığını düşünmüşdüm. Bu vəsait velosiped yolları, hovuzlar, uşaq bağçaları,bütövlükdə infrastruktura xərclənəcək".

0