Ermənilər hərbi əsirləri parlamentdə müzakirə edir

DÜNYA
13:37 / 08.12.2020
961

Ermənistanın Mənim Addımım Bloku Azərbaycandakı hərbi əsirlər və girovlarla bağlı məsələnin parlamentdə müzakirəsinə razılıq verib.

Axar.az xəbər verir ki, parlamentdə məsələ ilə bağlı keçirilən səsvermə zamanı onun lehinə 65 deputat, əleyhinə isə 2 deputat səs verib. Blok müzakirənin yalnız qapalı rejimdə aparılmasına razılaşıb.

Bununla belə müxalifət, xüsusilə də İşıqlı Ermənistan Partiyası qərara etiraz edib. Partiya müzakirənin ictimaiyyətə açıq olmasını istəyib.

0