Dekabrın 14-dən etibarən "Rosselxoznadzor" Ermənistanın Armavir bölgəsindən Rusiyaya pomidor və bibər idxalını qadağan edir.
Qurumun yaydığı məlumatda bildirilir ki, bunun səbəbi məhsullarda pepino mozaikası vurusunun (Pepino mosaic virus) aşkar olunmasıdır.
""Rosselxoznadzor" pepino mozaika virusunun ölkəyə gətirilməsinin və Rusiya Federasiyasında yayılmasının qarşısını almaq üçün Ermənistan Respublikasının Armavir bölgəsindən ixrac edilən və ya istehsal olunan pomidor və bibər məhsullarının ölkəyə idxalının qadağan edilməsini dekabrın 14-dən zəruri hesab edir. Yoluxmuş tərəvəzlər bu bölgədən daxil olub”, - deyə məlumatda bildirilir. (APA)
Qeyd edək ki, 10 dekabrdan etibarən məhdudiyyətlər, həmçinin, Azərbaycandan Rusiyaya idxal olunan pomidor və alma məhsullarına da tətbiq olunacaq. Səbəb kimi bu məhsullarda Cənubi Amerika pomidor güvəsinin (Tuta absoluta (Povolny)) və Şərq güvəsinin (Grapholita molesta (Busck)) aşkar olunması qeyd olunur.