Hərbçiləri gözəgörünməz edən material kəşf olundu - FOTO

DÜNYA
14:12 / 09.12.2020
1431

Cənubi Koreya ixtiraçıları "maskalayan dəri" adlı material yaradıblar. Onun vasitəsi ilə hərbçilər ətraf mühitə "qarışaraq", demək olar, gözəgörünməz olacaqlar.

Yeni material hərbçini yalnız videokameralardan deyil, həm də infra-qırmızı diapazonda işləyən gecə görmə cihazlarından da gizlədə bilər.

Bu material, tərkibində işığı dəyişə bilən monoxrom kristallar olan "piksellərdən" ibarətdir və ətraf mühitin temperaturuna uyğun olaraq, qıza və ya soyuya bilər. Bununla da obyekt teplovizorlardan tamamilə gizlənə bilər.

İstehsalçılar ixtiranın effektivliyini yoxlamaq üçün bir sıra sınaqlar keçiriblər. Belə ki, yeni materialı plastır halında ələ yapışdıraraq, müxtəlif fonlara yerləşdiririb müxtəlif temperaturlara məruz qoyduqda materialın rəngi fona uyğun olaraq dəyişib.

Alimlər yeni ixtiranı daha da təkmilləşdirməyi düşünürlər.

0
Modern.az