Ermənistan prezidenti Armen Sarkisyan eks-dövlət başçısı Robert Koçaryanla görüşüb.
Ermənistan KİV xəbər verir ki, bu barədə Sarkisyanın mətbuat xidməti məlumat yayıb.
Görüşdə Qarabağdakı ağır məğlubiyyətdən sonra Ermənistanda yaranmış qeyri-stabil siyasi vəziyyət müzakirə olunub.
Müşahidəçilər bu görüşü baş nazir Paşinyanın əleyhdarlarının bir araya gəlməsi kimi qiymətləndirirlər. Onların fikrincə, Paşinyana qarşı koalisiyanın genişlənməsi hökumət başçısının durumunu daha da ağırlaşdırır.
Yenisabah.az