İtkin düşən erməni hərbçilərinin valideynləri Eçmiədzində yerləşən hərbi hissənin qarşısında etiraz aksiyası keçirir.
Erməni mediası xəbər verir ki, onlar Rusiya sülhməramlı kontigentinin komandanı Rüstəm Muradovla görüşməli olan Müdafiə Nazirliyinin rəsmilərini gözləyirlər.
"Gözləyirik ki, bizə axtarışların harada və nə zaman aparılacağı ilə bağlı Muradovun cavabı barədə məlumat versinlər. Bizə dedilər ki, özləri gəlib məlumat verəcəklər. Ona görə də Müdafiə Nazirliyinə getmədik”, - deyə əri itkin düşən Manya Meloyan bildirib.
Aksiya iştirakçıları bildirib ki, onlar artıq Müdafiə Nazirliyinin bəyanatlarına inanmırlar.
Aksiya iştirakçılarında biri, Qarabağ sakini Zəngilanda axtarışların nə zaman başlanacağını öyrənmək məqsədilə sülhməramlı kontigentin bazasına zəng vurub. Telefonu mikrofona qoyaraq danışan həmin şəxsə sülhməramlı qüvvələrin zabiti belə cavab verib: “Hələ heç nə deyə bilmərəm. Bu gün axtarışlar Hadrut rayonunda aparılır”.
Aksiya iştirak edən yaşlı kişilərdən biri hərbi hissənin qarşısında zabitlərə və polis əməkdaşlarına hücum edib.
"Sizi öldürəcəm... Ölməkdən və həbsdən qorxmuram... Mənim oğlumun üç övladı qalıb, 3, 5 və 7 yaşında... Onlar hər gün atalarının harada olduğunu soruşurlar... Hər gün Müdafiə Nazirliyinə orada da bura gəlirəm”, - deyə həmin şəxs hiddətlə bildirib.
Aksiya iştirakçılarının qarşısına hərbi hissənin komandiri Arsen Abqaryan çıxıb. O bildirib ki, axtarışlar davam edir və valideynlərə nə demək mümkündürsə, deyilir.
"Elə şeylər var ki, biz sizə deyə bilərik. Amma bunu publik şəkildə açıqlaya bilmərik”, - deyı Abqaryan əlavə edib.