"Koronavirus pandemiyası 2021-ci ildə bitəcək"

DÜNYA
09:19 / 16.12.2020
2218

Kanadanın baş naziri Castin Trüdo hesab edir ki, yeni növ koronavirus (COVİD-19) pandemiyası 2021-ci ildə bitəcək.

"TASS"ın verdiyi məlumata görə, bu barədə baş nazir jurnalistlərə açıqlamasında bildirib.

C.Trüdo deyib: "Çox uzun bir il oldu, ancaq 2021-ci ildə bu pandemiya sona çatdıqda sizinlə birlikdə bunu qeyd edə bilərik. Biz vaksinlərin hazırlanması ilə pandemiyanın sonunu görürük".

Baş nazir qeyd edib ki, pandemiya davam etdiyi müddətdə kanadalılar özlərini qorumalıdırlar.

1