Sünik (Tarixi Zəngəzur mahalı) bölgəsinin Şurnux kəndinin icma rəhbəri Hakob Arşakyan kəndi azərbaycanlılardan qorumaq üçün ermənilərə müraciət edib.
HİT.Az publika.az-a istinadən xəbər verir ki, o, təcili olaraq onlardan Şurnux kəndinə gəlmələri üçün xahiş edib.
"Erməni silahlı qüvvələrinə kəndi tərk etmək əmri verildi. Kənddə yalnız kiçik bir özünümüdafiə dəstəsi var. Nikol və onun xain dəstəsi bu insanları azərbaycanlılarla üz-üzə buraxdı", - deyə, Arşakyan bildirib.
Məlumat üçün bildirək ki, bu gün saat 17:00-a qədər Ermənistana vaxt verilib.