Qarabağda döyüş əməliyyatları aparmaq üçün verilmiş silahlar 10 yanvar 2021-ci ilə qədər geri qaytarılmalıdır.
Bu tələb Dağlıq Qarabağda silah-sursat almış Ermənistan vətəndaşlarına aiddir. Erməni KİV-i yazır ki, silah, döyüş sursatı, rabitə vasitələri, rəsmi qeydiyyata alınan cihazlar, həmçinin digər xüsusi cihazlar (gecə və gündüz görmə üçün, teplovizorlar və nişangahlar) təhvil verilməlidir.
Silahı qaytarmayanlar yanvarın 11-dən Ermənistan qanunları ilə təqib olunacaqlar.
Yenisabah.az