Paşinyanın komandası dağılır - Tiqran Karapetyan da istefa verdi

DÜNYA
10:51 / 19.12.2020
1381

 
Ermənistanda hakim "Mənim addımım" parlament fraksiyasının daha bir deputatı mandatından imtina edib.

Erməni mediası xəbər verir ki, Tiqran Karapetyan Paşinyan hökumətinə etiraz olaraq bu addımı atıb. "Mandatdan imtina qərarı verdim. İnanmağa davam edirəm ki, bizdə güclü hərbi sənaye olacaq. Bizim ümidsizliyə düçar olmağa haqqımız yoxdur. Biz özümüzdə güc tapıb yaşamağa davam etməliyik",- deyə o bildirib.

Paşinyanın komandasından istefaların davam etməsi hətta erkən seçkilərdə belə, mövcud hökumətin vəziyyətdən çıxa bilməyəcəyini göstərir.

0
Yenisabah.az