Bu gün Ermənistan müxalifəti küçələrdə çadırlar quracaq

DÜNYA
09:00 / 22.12.2020
707

Yerevanda Baş nazir Nikol Paşinyanın istefasını tələb edən Ermənistan müxalifəti ümumi tətil və kütləvi etiraz aksiyaları təşkil etmək niyyətindədir.

Bu barədə “Qafqazinfo” Ermənistan mətbuatına istinadən xəbər verir.

Belə ki, çərşənbə axşamı (bu gün-red.) saat 12:00-dan Ermənistan müxalifəti irimiqyaslı etiraz aksiyaları, tətillər keçirməyi, yolları bağlamağı, küçələrdə çadırlar qurmağı planlaşdırır. Saat 15:00-da müxalifətin böyük mitinqi nəzərdə tutulub.

Ötən gün Ermənistanın Azərbaycanla həmsərhəd Sünik bölgəsinin bir qrup sakini Paşinyanın bölgəyə səfərinə mane olmağa çalışaraq onun kortejini dayandırmaq məqsədilə “Sünik qapısı” adlanan bölgənin girişinə toplaşmaq üçün yola çıxıblar, lakin polis əməkdaşları onların yolunu kəsərək mane olub.

0