Ermənistan Daxili Qoşunlarının komandir müavini istefa verdi

DÜNYA
16:52 / 22.12.2020
819

Ermənistan Polisinin Daxili Qoşunlarının komandir müavini, polkovnik Samvel Akopyan istefa verib.

S. Akopyan hakimiyyət orqanlarının müxalifətin etiraz aksiyaları fonunda qanunsuz əmrlər verməsini əsas gətirərək istefa ərizəsi yazıb.

Qeyd edək ki, Ermənistanda xeyli müddətdir kütləvi etiraz aksiyaları keçirilir.

Müxalifətin təşkilatçılığı ilə keçirilən aksiyalarda Baş nazir Nikol Paşinyanın istefası tələb olunur.

0