Paşinyan həbs oluna bilər

DÜNYA
20:00 / 22.12.2020
3260

"Cinayət törətməsinə dair əsaslı şübhə varsa, Ermənistanın Baş Prokurorluğu Baş nazir Nikol Paşinyanı həbs etməyə hazırdır".

Bunu “Vahid Ermənistan” partiyasının lideri Artur Kazinyan bu gün İrəvanın mərkəzində keçirilən mitinqdə çıxışı zamanı bildirib. O, bir qrup vəkil ilə birlikdə Baş prokuror Artur Davtyan ilə görüşdüyünü açıqlayıb.

Müxalifət Baş naziri dövlətə xəyanətdə ittiham edərək istefasını tələb edir. Kazinyan və onun tərəfdarları Paşinyanın müharibə dövründə bir sıra cinayətlər törətdiyini, xüsusən də ordunun səfərbər edilməsini dayandırdığını düşünür.

“Baş prokurordan cinayət törətməsinə dair əsaslı şübhələr olduqda Paşinyanı həbs edib-etməyəcəyini soruşduq. Cavab müsbət oldu”,- deyə Kazinyan qeyd edib.

3
Qafqazinfo.az