"Yeni ildən Paşinyana qarşı genişmiqyaslı aksiyalara başlayacağıq" - Erməni deputat

DÜNYA
17:34 / 26.12.2020
801

Ermənistan parlamentinin deputatı, müxalif Alyans Partiyasının sədri Tiqran Urixanyan yeni aksiyaların anonsunu verib.

HİT.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, Tiqran Urixanyan Nikol Paşinyanın istefa verməsi üçün partiyasının da etirazlara başlayacağını bəyan edib. Deputat baş nazirə Yeni ilə qədər istefa verməyi tövsiyə edib.

"Paşinyan getməsə, Yeni ildən biz də ona qarşı genişmiqyaslı aksiyalara başlayacağıq", - deyə partiya sədri əlavə edib.

Qeyd edək ki, Ermənistanda 10 noyabrdan bəri baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları davam edir.

2