Türkiyənin şərqində 6,4 bal gücündə zəlzələ qeydə alınıb.
HİT.Az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri Sivrice şəhərindən 10 kilometr qərbdə yerləşib. Zəlzələ ocağı 10 kilometr dərinlikdə olub.
Hələlik dağıntı və ya tələfat barədə məlumat yoxdur.