Kremlin sözçüsü Dmitri Peskov Prezident Vladimir Putinin peyvənd olunacağını açıqlayıb.
O, Putinə Rusiya istehsalı olan “Sputnik V” vaksininin tətbiq ediləcəyini bildirib.
Peskov bu gündən 60 yaşdan yuxarı şəxslərin peyvəndlənəcəyini, 68 yaşlı Prezidentin də siyahıya daxil edildiyini vurğulayıb: “Yaxın gələcəkdə Prezidentin qərarı elan ediləcək. O, vaksin olunmaq istəyir və rəsmi prosedurların bitməsini gözləyir”.
Qeyd edək ki, daha öncə Putinin qızlarından birinin də peyvənd olunduğu açıqlanmışdı.
Qafqazinfo.az