Pyer Karden vəfat etdi

DÜNYA
18:00 / 29.12.2020
1285

Dünyaca məşhur fransız modelyer Pyer Karden vəfat edib.

HİT.Az xəbər verir ki, bu barədə “Agence France-Presse” onun ailəsinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, 98 yaşlı modelyer Parisin yaxınlığındakı bir xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, Pyer Karden 1922-ci ildə İtaliyanın San Byaco di Kallalta kommunasında anadan olub. 1945-ci ildə Parisdə modelyer kimi fəaliyyətə başlayıb. 1946-cı ildə həmin dövrün ən məhşur modelyerlərindən olan Kristian Diordan dəvət alıb. Bir müddət sonra, 1950-ci ildə şəxsi moda evini, 1954-cü ildə “Yeva”, 1957-ci ildə isə “Adam” mağazalarını açıb.

Onun dünyaca məhşur “Pierre Cardin” brendi altında məhsulların istehsalında 200 minə qədər insan çalışır. Firmanın illik gəliri təxminən 12 mlrd. dollar təşkil edir.

3
qafqazinfo.az