Nikol Paşinyanın oğlu Aşotla bağlı yeni məlumat yayılıb.
Yerli jurnalistlər oktyabrın 8-də hərbi xidmətə çağırlımış Aşot Paşinyanın hazırda tərxis olunub-olunmadığını öyrənmək üçün Müdafiıə Nazirliyi ilə əlaqə saxlayıb.
Qurum baş nazirin oğlu ilə bağlı konkret cavab verməyib.
“Sorğuda qeydə olunan informasiya ilə bağlı əlavə dəqiqləşdirici araşdırma aparılmalıdır”-, deyə nazirlik cavab verib.
Xatırladaq ki, Aşot Paşinyan oktyabrın 8-də Qarabağ müharibəsi sırasında yenidən orduya çağırılmışdı. Amma yerli mətbuat Aşotun Qarabağa getməkdən imtina etdiyini və müharibəni Ermənistan ərazisində komfort şəraitdə başa vurduğunu yazırdı.
Modern.az