Ermənistan parlamentinin deputatı Anna Qriqoryan "Mənim addımım" fraksiyasını tərk edib.
Bu barədə o, özünün "Facebook" səhifəsində bildirib.
Deputat buna baxmayaraq, mandatından imtina etməyib.
"Əziz həmvətənlər, sizin tərəfinizdən mənə verilən mandatı saxlamaq, amma "Mənim addımım" fraksiyasından çıxmaq barədə qərar qəbul etdim. Bizim ölkəmiz üçün bu ağır və tarixi anda, hər hansı siyasi güc qarşısında əl-qolu bağlı olmadan xalqın ədalətli tələbləri səsləndirməyi öz vəzifəm hesab edirəm”, - deyə deputat yazıb.
O, qeyd edib ki, bundan sonra parlamentdə mandatını müstəqil, siyasi mənsubiyyəti olmayan deputat kimi saxlayacaq. (Report)