Hindistan və Pakistan arasında Kəşmir Nəzarət Xəttində qarşıdurma yaşanıb.
Hadisə nəticəsində Pakistanda 1 əsgər şəhid olub, 1 mülki vətəndaş isə yaralanıb.
Pakistan Ordusunun İctimaiyyətlə Əlaqələr Şöbəsinin yaydığı məlumata görə, atəşkəs Hindistan əsgərləri tərəfindən pozulub.
Qeyd edək ki, qarşıdurma zamanı Pakistan Hindistana məxsus bir PUA-nı vurub.
Yenisabah.az