Türk şirkətinə bombalı hücum: ölənlər var

16:21 / 02.01.2021
2113

Somalidə yol tikintisi ilə məşğul olan türk şirkətinin işçilərinə bomba yüklü avtomobillə kamikadze hücumu edilib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Hücum nəticəsində 4 nəfər həlak olub. Onlardan biri Türkiyə vətəndaşıdır. Somalinin inkişafı və tərəqqisi üçün çalışan türk şirkətinin işçilərinə qarşı törədilən hücumu şiddətlə qınayırıq”, - məlumatda bildirilib.

9