İtkin düşmüş erməni hərbçilərinin valideynləri yenidən İrəvanda etiraz aksiyası keçirir.
HİT.Az-ın erməni KİV-inə istinadla verdiyi xəbərə görə, düşmən tərəfin itkin düşmüş hərbçilərinin yaxınları bir müddətdir ki, müxtəlif aidiyyəti qurumlar önündə aksiyalar keçirirlər.
Ermənistanın baş naziri Nikol Paşinyan mütəmadi olaraq etirazçıları qəbul etsə də, onun qeyri-müəyyən cavabları əsgər yaxınlarını qane etmir.
Qeyd edək ki, 4 yanvar tarixinə kimi 1184 düşmən hərbçisinin qalıqları aşkar edilib.