"Facebook" və "Twitter" Trampın hesablarını blok etdi

DÜNYA
11:38 / 07.01.2021
773

ABŞ paytaxtında baş verən ixtişaşlardan sonra "Twitter" prezident Donald Trampın hesabını 12 saatlıq blok edib.

HİT.Az-ın xəbərinə görə, sosial şəbəkə administrasiyası onun paylaşımlarının şiddətə çağırış və təhlükə daşıdığı qənaətinə gəlib.

Bir qədər sonra isə "Facebook" da Trampı 24 saatlıq blok etmək qərarı alıb. 

Qeyd edək ki, bir neçə saat əvvəl "Twitter" ABŞ prezidentinin iki paylaşımını silib. 

0