Amerikalı iş adamı İlon Mask "Amazon" şirkətinin sahibi Ceff Bezosu qabaqlayaraq dünyanın ən zəngin adamı titulunu ələ keçirib.
HİT.Az-ın CNBC-yə istinadən verdiyi xəbərə görə, "Tesla"-nın sahibi bu titula 185 milyard dollarlıq sərvətlə nail olub.
Yanvarın 7-də "Tesla"-nın səhmlərinin bahalaşması Maska imkan verib ki, Bezosu qabaqlasın.
Xatırladaq ki, 2017-ci idən başlayaraq dünyanın ən varlı adamı Ceff Bezos idi.