Böyük Britaniyada son 24 saat ərzində koronavirusa yoluxanlar arasında ölənlərin sayı 1325 nəfərə çatıb.
TASS agentliyinin verdiyi xəbərə görə, hökumətin məlumat saytında ölkədə son 24 saat ərzində 68 054 infeksiyaya yoluxma halı rekord say olduğu bildirilir.
İngiltərədə ardıcıl üç gündür mindən çox insan ölür. Dünən ölənlərin sayı 1162-yə çatıb ki, bu da əvvəlki anti-rekordun təyin olunduğu 21 apreldən bəri ən yüksək gündəlik artımdır - 1224 hal. Ölkədə "COVID-19"a yoluxan insanlar arasında ölümlərin ümumi sayı 82,6 mini keçib. Səlahiyyətli orqanlar tərəfindən aşkarlanan infeksiyaya yoluxma hadisələrinin sayı 3 milyona yaxınlaşıb.