Qərb bizə qarşı ikili standart siyasətini sürdürməkdə davam edir - Ərdoğan

18:26 / 09.01.2021
919

Son zamanlar Avropa və ABŞ-da baş verənlər Türkiyəyə qarşı ikili standartların mövcudluğunu bir daha təsdiqlədi.

HİT.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bunu qardaş ölkənin prezidenti Rəcəb Tayip Ərdoğan Əlazıq və Diyabəkiri birləşdirən körpünün açılışında iştirak edənlərə İstanbuldan ünvanladığı videomüraciətdə deyib. 

Ərdoğanın fikrincə, Türkiyədə insan haqları və demokratiya ilə bağlı problemlərin olduğunu deyənlər öz ölkələrində müəyyən təhlükələr yaranan kimi daha sərt addımlar atırlar. 

"Sözdə terrora qarşı çıxan bəzi Qərb dairələri uzun illər cinayətkarlıqla mübarizə məsələsində Türkiyəyə süni əngəllər yaradırdı", - deyə dövlət başçısı bildirib.

Ərdoğan qeyd edib ki, Qərb demokratiya institutları və insan haqları ilə bağlı mövqeyini yenidən gözdən keçirməlidi: "Özünütənqidsiz və ikili standartlardan imtina olunmasa dünya yeni böhranlarla üzləşəcək".

0