Türkiyədə terrorçularla atışmada 1 hərbçi şəhid oldu

DÜNYA
22:35 / 09.01.2021
787

Türkiyənin Diyarbəkir vilayətinin Liçe bölgəsində terrorçularla baş verən atışma zamanı bir hərbçi şəhid olub, ikisi yaralanıb.

Bu barədə HİT.Az Tükiyə KİV-lərinə istinadən xəbər verir.

Məlumata görə, terrorçularla atışma zamanı üç hərbçi yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Lakin xəsarəti ağır olan hərbçilərdən birinin həyatını xilas etmək mümkün olmayıb.

Terrorçulara qarşı əməliyyat davam edir.

2