ÜST Çinə mütəxəssislər qrupu göndərir - Koronavirusun yeni növü araşdırılacaq

11:50 / 11.01.2021
740

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndə heyəti koronavirusun yeni növünü müəyyən etmək üçün yanvarın 14-də Çinə gedəcək.

TASS bu barədə Çinin Dövlət Gigiyena və Səhiyyə Komitəsinə istinadla xəbər yayıb.

Bildirilir ki, səfər zamanı xarici mütəxəssislər çinli alimlərlə birlikdə araşdırma aparacaqlar.

Xatırladaq ki, daha əvvəl Çin səlahiyyətliləri beynəlxalq ekspert qrupunun gəlməsinə icazə verilməsi mövzusunu təxirə salmışdılar.

0
Virtualaz.org