ABŞ-da silahlı etirazçılardan "Böyük qiyam" hədəsi

DÜNYA
23:43 / 11.01.2021
828

Silahlı etiraz aksiyaları bu həftədən etibarən ABŞ-ın bütün ştatlarında yeni seçilmiş prezident Co Baydenin andiçmə mərasiminə qədər planlaşdırılır. 

HİT.Az xəbər verir ki, məlumatı ABC News-un jurnalisti Aaron Katerski öz Twitter hesabında FTB-nin daxili sənədinə istinadən yayıb.

Xüsusilə, sənəddə naməlum silahlı dəstənin 16 yanvarda Vaşinqtona gələcəyi qeyd edilir. Dəstə üzvləri xəbərdarlıq edirlər ki, Konqres 25-ci düzəlişdən istifadə edərək Donald Trampı vaxtından əvvəl prezidentlikdən göndərəcəyi halda “böyük qiyam” baş verəcək.

Bundan əlavə, qrup üzvləri dövlət, yerli və federal hökumət binalarına və inzibati binalara “basqın” etməyə çağırır. Alınan məlumatlara görə, 16-20 yanvar tarixləri arasında 50 Amerika ştatının paytaxtlarında və 17-20 yanvar tarixlərində Vaşinqtondakı Kapitoliyadə etiraz aksiyaları planlaşdırılır.

Xatırladaq ki, 6 yanvarda Donald Trampın tərəfdarları Kapitoliya binasına basqın etdilər və Senatın Salonunu mühasirəyə aldılar. Co Baydenin Amerikanın yeni seçilmiş prezidenti olduğunu təsdiqləmək üçün toplaşan Senat və Nümayəndələr Palatası iclası dayandırmağa məcbur oldular. Kapitoliya binası daha sonra etirazçılardan təmizlənsə də, ixtişaşlar nəticəsində beş nəfər həlak oldu.

Ertəsi gün isə ABŞ Konqresi Co Baydenin prezident seçilməsini təsdiqlədi.

0