Tramp Baydenin andiçmə mərasimi öncəsi Vaşinqtonda fövqəladə vəziyyət elan edib

DÜNYA
09:07 / 12.01.2021
756

ABŞ-ın hazırkı prezidenti Donald Tramp yanvarın 20-də Demokratlar Partiyasından prezidentiliyə namizəd olan və seçkilərdə qalib gələn Co Baydenin andiçmə mərasimi zamanı təhlükəsizliyin təmin edilməsi üçün Vaşinqtonda fövqəladə vəziyyət rejimi elan edib.

HİT.Az-ın "RİA Novosti"-yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Ev mətbuat xidməti məlumat yayıb.

“Prezident Donald Tramp bu gün Kolumbiya dairəsində fövqəladə vəziyyət rejimi elan edib və ABŞ-ın 59-cu prezidentin andiçmə mərasimi ilə əlaqədar fövqəladə vəziyyət səbəbindən dairənin təhlükəsizlik tədbirlərinə əlavə federal yardımın yönəldilməsinə dair göstəriş verib”, - məlumatda deyilir.

0