Moskva səfəri öncəsi Putinin həkimləri Paşinyana saqqalını qırxdırıblar

DÜNYA
22:50 / 12.01.2021
1998

Sosial şəbəkələrin erməni seqmentində 11 yanvar Moskva görüşü zamanı baş nazir Nikol Paşinyanın saqqalının niyə bu qədər qısa olması barədə müxtəlif ciddi və qeyri-ciddi fikirlər yer almağa başlayıb.

Paşinyanın 11 yanvar Moskva səfərindən bir həftə öncə Yerevana gələn Kremlin göndərdiyi rusiyalı həkimlər briqadası Ermənistan baş nazirini hərtərəfli müayinə edib. Putin administrassiyasının göndərdiyi tibb işçiləri nəticələrə etibar etmələri üçün hətta özləri ilə gətirdikləri avadanlıqlardan istifadə ediblər.

HİT.Az-ın xəbərinə görə, “Dejavyu” telegram-kanalı Paşinyanın Moskva səfəri öncəsi aparılan tibbi müayinə ilə bağlı bəzi ilginc faktları üzə çıxarıb. 

Kanalın məlumatına əsasən, müayinə nəticələrinin yubanması səfirin tarixinin gec açıqlanmasına da səbəb olub. 

Rusiyalı həkimlər qənaətbəxş nəticələr əldə etsələr də, Paşinyan üçün qeyri-adi bir şərt də qoyublar. Müayinənin nəticələri barədəki arayışda müxtəlif mikrobların və infeksiyaların yayılmasına səbəb ola biləcəyi üçün Ermənistan baş nazirinin saqqalını qırxması rusiyalı həkimlər tərəfindən şərt olaraq irəli sürülüb.

Paşinyan isə saqqalının talismanı olduğunu bildirərək görüşlərdən əvvəl lazımi şəkildə dezinfeksiya olunacağına  söz verib və mümkünsə, saqqalın qısa olsa da, saxlanılmasını xahiş edib. Çox çəkçevirdən sonra rusiyalı mütəxəssislər Moskvadakı həmkarları ilə məsləhətləşərək mümkün qədər təhlükəsiz ola biləcək ən qısa saqqal seçiminə icazə veriblər. 

Teleqram-kanal yazır ki, bu səbəbdən Paşinyan artıq brend halına gəlmiş saqqalını üçtərəfli görüş öncəsi bu qədər qısa kəsməyə məcbur olub.

0