İvanka Tramp atasını yox, karyerasını seçdi

09:11 / 13.01.2021
1639

İvanka Tramp Baydenin inauqurasiyasında iştirak etməyin üstündə atası ilə mübahisə edib.

Bu barədə “Daily Mail” Ağ Evdə bir mənbəyə istinadla xəbər verib.

Bildirilir ki, İvanka bu addımı ilə yaxşı təsir bağışlamaq və siyasi karyerasını xilas etmək istəyir. Tramp isə bunu qızının verə biləcəyi ən pis qərar adlandırıb.

“İvanka, ümidverici siyasi karyerasının təhlükə altında qalmasından narahatdır və nüfuzunu qurtarmaq üçün əlindən gələni edir”, - deyə mənbədən vurğulanıb.

Ancaq Tramp bu qərardan hiddətlənib və ailələrinin toplanaraq vahid bir cəbhədə davranmalı olduğunu deyib.

İvanka isə siyasi istəklərini müdafiə etməli olduğunu və atasının yanvarın 20-də (Baydenin inauqurasiyası ilə eyni gündə) keçirilməsi planlaşdırılan 2024-cü il üçün seçki kampaniyasının başlanmasına qatılaraq hər şeyi məhv etməyəcəyini deyib.

Donald Tramp özü daha əvvəl Baydenin andiçmə mərasimində iştirak etməyəcəyini bildirmişdi.

Xələfinin andiçmə mərasimində iştirak etməyən son prezident 1869-cu ildə impiçmentə məruz qalan Endryu Conson  olub.

0
Oxu.az