Paşinyanın ailə üzvləri Moskvada mənzil axtarır - VİDEO

DÜNYA
23:25 / 14.01.2021
1077

"Mediaport" Teleqram kanalı Ermənistanın baş naziri Nikol Paşinyanın xanımı Anna Akopyanın, iki qızı və mühafizə xidmətinin əməkdaşlarının müşayiəti ilə Moskva aeroportundan çıxmasına dair videomaterial yayıb.

HİT.Az-ın “News.am”-a istinadən verdiyi xəbərə görə, məlumatı yayan mənbə bildirib ki, Paşinyanın ailə üzvləri Rusiya vətəndaşlığını almaq üçün gizli şəkildə Moskvaya gəliblər.

Moskvadakı mənbə erməni saytına bildirib ki, baş nazirin ailəsi Rusiya paytaxtına mənzil almaq məqsədi ilə gəlib.

 

0