Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözcüsü Mariya Zaxarova bildirib ki, Moskva Co Baydenin rəhbərliyi altında ABŞ-la normal dialoqa açıqdır.
HİT.Az xəbər verir ki, bu barədə xanım Zaxarova "Rossiya 1" telekanalında Solovyovun verlişində deyib.
"Prinsipcə, irəliləyiş proqnozlaşdırılmır, çünki eyni insanlar iş başındadırlar və onlar tezislərini dəyişdirməyiblər. Normal, qarşılıqlı hörmətə əsaslanan dialoqa açığıq",- deyə o bildirib"