Dünyada \"korona\"ya yoluxanların sayı 95 milyonu keçdi

21:02 / 17.01.2021
692

Dünyada koronavirus infeksiyasına yoluxanların sayı 95 milyonu keçib. 

HİT.Az bildirir ki, bu barədə virusun yayılması haqqında gündəlik statistik məlumatlar hazırlayan Worldometers.info sayt; məlumat verilib.

Belə ki, indiyədək 95 052 597 nəfər koronavirusa yoluxub. Onlardan 2 032 861 nəfər  dünyasını dəyişib, 67 881 338 - sağalıb.

Hazırda dünyada 25 138 398 aktiv koronavirus xəstəsi var ki, onlardan da 113 440-nun vəziyyəti ağır qiymətləndirilir.

Bu günədək Azərbaycanda  227273 nəfər koronavirusa yoluxur, Onlardan 215263 nəfər müalicə olunaraq sağalıb, 3009 nəfər vəfat edib, aktiv xəstə sayı 8996 nəfərdir.

0