Baydenin adminstrasiyasında daha bir erməni təmsil olunacaq
Yenisabah.az xəbər verir ki, ABŞ-ın yeni seçilmiş Prezidenti Cozef Baydenin administrasiyasında erməni əsilli Ceff Marutyan da təmsil olunacaq.
Bu barədə “Washington Post” nəşri yazıb.
Hazırda o, Kolumbiya dairəsində Nəqliyyat departamentinin rəhbəri vəzifəsində çalışır.
Marutyan İqlim və Elm Agentliyində prezidentin xüsusi köməkçisi olacaq. Daha əvvəl Marutyan Baydenin keçid komandasında fəaliyyət göstərib. Barak Obama administrasiyasında isə Nəqliyyat Nazirliyində işləyib.
Virtualaz.org