ABŞ-ın Bakıdakı eks-diplomatı mühüm vəzifəyə təyin edildi

DÜNYA
13:53 / 18.01.2021
1231

ABŞ-ın vitse-prezidenti Kamala Harris özünə milli təhlükəsizlik üzrə müşavir təyin edib.

Müşavir vəzifəsinə 62 yaşlı diplomat Nensi Makeldauni gətirilib.

Makeldauni 30 ildir diplomat kimi fəaliyyət göstərir. 2001-2004-cü illər arasında ABŞ-ın Azərbaycandakı səfirinin müavini, 2005-2008-ci illərdə isə ABŞ-ın Türkiyədəki səfirinin müavini kimi çalışıb.

Bundan başqa, o, ABŞ-ın Bolqarıstandakı səfiri, dövlət katibinin Avropa işləri üzrə müavini, eləcə də Diplomatik Xidmət İnstitutunun direktoru kimi fəaliyyət göstərib. Makeldauni həmçinin ərəb, alman, Azərbaycan və türk dilləri üzrə peşəkar hazırlıq keçib.

0
axar.az