Sarkisyan Ermənistanı yataqdan idarə edəcək

DÜNYA
16:14 / 18.01.2021
928

Koronavirusa yoluxan və Londondakı tibb mərkəzlərindən birində müalicə alan Ermənistan prezidenti Armen Sarkisyan yaxın günlərdə təxliyə ediləcək.

Bu barədə Ermənistan prezidentinin mətbuat katibi açıqlama verib. A.Sarkisyanın fəaliyyətini yataq rejimində icra edəcəyi bildirilib:

“Prezident müalicəsini evdə həkim nəzarəti altında davam etdirəcək”.

Sarkisyanın sağaldıqdan və həkimlərdən müvafiq icazə aldıqdan sonra Ermənistana qayıdacağı qeyd olunur. Lakin o vaxta qədər uzaqdan işləməyə davam edəcək.

Xatırladaq ki, A.Sarkisyana yanvarın 5-i COVID-19 diaqnozu qoyulub. Yanvarın 13-ü isə onun xəstəxanaya yerləşdirilməsi barədə məlumat yayıldı.

0
yenisabah.az