Moskva zooparkında Hitlerə məxsus olduğu iddia edilən Saturn adlı Missipi timsahı ölüb.
APA-nın xəbərinə görə, bu barədə Moskva zooparkının “Facebook” sosial şəbəkəsindəki səhifəsində məlumat yerləşdirilib.
Saturn 84 yaşında ölüb. Adətən, timsahlar 30-50 il yaşayır. Bu baxımdan Saturn timsahlar arasında ən uzunömürlü timsah da sayıla bilər.
Qeyd edək ki, Saturn 1936-cı ildə ABŞ-da anadan olub, daha sonra isə Berlin zooparkına aparılıb. Timsah 1943-cü ildə Berlin bombalanarkən zooparkdan qaçıb. Britaniyalılar 3 il sonra onu tapıb və SSRİ-yə təhvil verib. Əfsanələşmiş timsah o vaxtdan indiyə qədər Moskva zooparkında məskunlaşıb.
Saturnun Hitlerin şəxsi kolleksiyasına daxil olduğu iddia edilib.