Məhkəmə Navalnıya 30 sutka həbs cəzası verdi

DÜNYA
18:19 / 18.01.2021
845

Moshvanın Ximki rayon məhkəməsi sözügedən rayonun 2-si Polis Şöbəsində keçirilən məhkəmə iclasında rusiyalı mqxalifətçi Aleksey Navalnıya 30 sutka həbs cəzası verdi. 

HİT.az "RBK"-ya istinadən xəbər verir ki, dünən Berlindən Moskvaya qayıdan Navalnı "Şeremetyevo" Hava limanından Ximki rayonu 2-ci Polis şöbəsinə gətirilib. 

"Nə baş verdiyini anlamıram. Məni vəkillə görüş adıyla kameradan çıxardılar və buraya gətirdilər. Burda isə məhkəmə iclasının qurulduğunu gördüm. Məhkəmə iclasının polis şöbəsində keçirilməsini də heç anlamıram", - deyə Navalnı bildirib. 

0