İran hakimiyyəti hazırkı ABŞ prezidenti Donald Tramp, Dövlət Katibi Mayk Pompeo və digər Amerika rəsmilərinə qarşı sanksiyalar tətbiq etdi.
HİT.Az xəbər verir ki, sanksiyalar "ABŞ-ın bölgədəki terror əməlləri" ilə əlaqədar olaraq tətbiq edilib. Rəsmi Tehran eyni zamanda Vaşinqtonu terrorizmi dəstəkləməkdə və dünyada təhlükəsizliyə təhdidlər yaratmaqda günahlandırır.
İslam Respublikası Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, ABŞ Maliyyə katibi Stiven Mnuçin, Pentaqonun keçmiş başçısı Mark Esper, ABŞ Müdafiə Naziri Kristofer Miller, Mərkəzi Kəşfiyat İdarəsi rəhbəri Gina Haspel və Trampın keçmiş milli təhlükəsizlik müşaviri Jon Boltona qarşı da məhdudlaşdırıcı tədbirlər görülüb.
ABŞ-ın İran üzrə keçmiş xüsusi elçisi Brian Huk və hazırkı xüsusi elçi Elliot Abrams da Tehranın qara siyahısına düşüblər.